EN

“Türkmənistan qlobal və regional enerji təhlükəsizliyinin təminini dəstəkləyir” Berdiməhəmmədov

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“ABŞ Türkmənistan üçün vacib ticarət və iqtisadi tərəfdaşdır. Bu sahədə möhkəm təcrübə yaranıb, konkret nəticələr əldə edilib, əməkdaşlıq genişlənir, qarşılıqlı ticarət dövriyyəsi dinamik şəkildə artır”.

525.az xəbər verir ki, bu fikirləri Türkmən Xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov ABŞ-a səfəri zamanı “Əl-Ərəbiyyə”yə kanalına müsahibəsində bildirib.

O deyib ki, ABŞ Türkmənistanın müstəqilliyini tanıyan, onunla diplomatik münasibətlər quran ilk ölkələrdən biri olub. Birləşmiş Ştatlar həmişə olduğu kimi, Türkmənistanın daimi neytrallığına hörmətlə yanaşır. İkitərəfli münasibətlər siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, elm və idman da daxil olmaqla, demək olar ki, bütün əsas sahələri əhatə edir: 

“Hazırda açılan real imkanları aydın şəkildə görürük və bütün sahələrdə konstruktiv dialoqa həmişə hazırıq. Bu yanaşma Türkmənistan-Amerika tərəfdaşlığının prioritetlərinin qarşılıqlı anlaşılmasından irəli gəlir”.

Xalq Məclisinin sədri ölkəsinin nəhəng karbohidrogen ehtiyatlarına malik olmasına diqqət çəkib. Onun sözlərinə görə, kəşf edilən və təsdiqlənən təbii qaz ehtiyatlarının həcminə görə Türkmənistan dünyada dördüncü yerdədir: 

“Mövcud geoiqtisadi mühitdə bu vəziyyətin əhəmiyyətini dərindən dərk edən Türkmənistan, beynəlxalq bazar da daxil olmaqla, enerji strategiyasını yüksək məsuliyyətlə və düşünülmüş şəkildə qurur. Burada əsas məqsəd enerji axınlarının ağlabatan şaxələndirilməsini, onların balanslaşdırılmış kombinasiyasını, təchizatların təhlükəsizliyini və etibarlılığını təmin etməkdir. Siyasi və beynəlxalq hüquqi səviyyələrdə biz müasir qlobal inkişafın tələblərinə və qarşılıqlı faydaya əsaslanaraq enerji əməkdaşlığı qururuq. 

Q.Berdiməhəmmədov əlavə edib ki, hazırda onlar siyasi arenada enerji axınlarının şaxələndirilməsi və təhlükəsizliyinin təmin edilməsi məsələlərini geoiqtisadi reallıqlar və inkişaf meylləri nəzərə alınmaqla həyata keçirirlər: 

“Məsələn, bir vaxtlar təbii qaz ixracımızın əsas hissəsi Rusiyaya yönəlmişdi və ildə 40 milyard kubmetrə qədər qaz tədarük olunurdu. Hazırda Çin əsas qaz istehlakçımızdır və tədarük həcmi təxminən eyni səviyyədə qalır. Bundan əlavə, şaxələndirmə siyasəti yürütməklə ölkəmiz region daxilində svop sazişi vasitəsilə İran və Azərbaycana, eləcə də Qazaxıstan, Özbəkistan və digər maraqlı ölkələrə tədarük etmək imkanına malikdir. 

Ölkəmiz hazırda ən böyük beynəlxalq layihələrdən birini - Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərini həyata keçirir. "Arkadağın ak yolu" kimi tanınan TAPI-nin birinci mərhələsinin tikintisi Əfqanıstanda davam edir. Beynəlxalq dəstək alan, o cümlədən ABŞ-ın dəstəklədiyi bu layihə Cənubi Asiya ölkələrinin artan enerji ehtiyaclarını ödəmək üçün böyük potensiala malikdir və Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə inkişaf etməkdə olan bazarlara çıxış üçün çox yaxşı perspektivlər təklif edir. TAPI, həmçinin siyasi sabitlik və iqtisadi rifah üçün çox vacibdir və investisiya cəlbediciliyi təklif edir. TAPI layihəsi bütün maraqlı şirkətlər üçün açıqdır. Ümid edirik ki, amerikalı tərəfdaşlarımız da orada iştirak etmək imkanlarını qiymətləndirəcəklər”.

Transxəzər Qaz Boru Kəmərinin perspektivlərinə toxunan Xalq Məclisinin sədri bildirib ki, bu layihəni enerji axınlarının şaxələndirilməsi və qitədə enerji təhlükəsizliyinin təmin edilməsi üçün ən vacib istiqamətlərdən biri kimi görürlər:

“Türkmənistan buna ciddi, diqqətlə və konstruktiv yanaşır. Eyni zamanda, beynəlxalq hüquqi məsələlər, xüsusən də Xəzər dənizinin dibinin delimitasiyası həll edilməlidir. Bir müddət əvvəl bunun üçün Türkmənistan-Azərbaycan işçi komissiyası yaradılıb. Ümid edirik ki, onun işi əhəmiyyətli praktik nəticələr verəcək”.

ABŞ ilə ticarət və iqtisadi əməkdaşlığa toxunan Berdiməhəmmədov deyib ki, illər ərzində Türkmənistanda Amerika şirkətlərinin iştirakı ilə ümumi dəyəri 45 milyard dollara yaxınlaşan yüzlərlə iqtisadi layihə həyata keçirilib: “Əsas Amerika şirkətləri uzun müddətdir ki, yanacaq, enerji, nəqliyyat, elektrik enerjisi, proqram təminatı, kənd təsərrüfatı, qida emalı və digər sənaye sahələri kimi vacib sektorları əhatə edən Türkmənistan bazarında uğurla fəaliyyət göstərirlər. Biz bu əməkdaşlığı alqışlayırıq və yüksək qiymətləndiririk və onu təşviq etməyə və dəstəkləməyə davam edəcəyik”. 

Xalq Məclisinin sədri qeyd edib ki, ölkəsinin geosiyasi və geoiqtisadi mövqeyi onlara Avropa ilə Asiyanı birləşdirən körpü olmağa, Xəzər dənizi vasitəsilə Qara və Aralıq dənizlərinə, Yaxın Şərqə çıxış imkanları verir: “Bu strateji mövqe Türkmənistanın beynəlxalq əməkdaşlığa son dərəcə balanslı yanaşmasını, əsasını daimi neytrallıq təşkil edən xarici siyasət konsepsiyasını müəyyən edir”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
525.az

1Sources