EN

Bu gələcəyin kadr bankının formalaşmasına əhəmiyyətli töhfə verəcək Ekspert

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ölkə növbəti tədris ilindən etibarən qəbul planında əmək bazarında tələbat olan ixtisaslara üstünlük verilməsi və plan yerlərinin artırılması vacibdir.  İxtisas seçərkən əmək bazarında həmin sahəyə olan tələbatı da nəzərə almaq vacibdir”.

Bunu 525.az-a təhsil eksperti Elçin Əfəndi söyləyib. O vurğulayıb ki, hazırda informasiya texnologiyaları, tibb, maliyyə, logistika kimi sahələrdə yüksək tələbat var.

“İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi, data analitikası və bu qəbildən olan digər ixtisaslar daxildir. Məhz bu sahələr üzrə daha çox məzun yetişməsi gələcək üçün bir təminat rolunu oynayacaq. Bu, həm siyasi, həm sosial, həm də digər sahələrdə ixtisas sahiblərinin töhfəsini artıracaq. Zaman keçdikcə köhnə ixtisaslar artıq köhnəlmiş sayılır. Bir sıra ixtisaslar ümumiyyətlə, ortadan qalxır və tamamilə yeniləri meydana çıxır. Elmi yenilik sürətlə dəyişir, yeni ixtisaslar meydana çıxır, bunlara çevik reaksiya vermək milli iqtisadiyyatın perspektivi baxımından mühüm əhəmiyyətə malikdir. Bir neçə il sonra aktual olacaq ixtisaslar üzrə kadrların yetişdirlməsinə xüsusi diqqət ayrılmalıdır. Bu gələcəyin kadr bankının formalaşmasına əhəmiyyətli töhfə verəcək”.

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
525.az

1Sources