EN

“The Telegraph” Epşteynin açılmamış seyfləri barədə məlumat yayıb

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Amerikalı maliyyəçi Ceffri Epşteyn öz çevrəsinə aid kompromat məlumatları ABŞ hakimiyyəti tərəfindən hələ açılmamış gizli seyflərdə saxlamış ola bilər”.

525.az xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Epşteyn ən azı altı saxlama sahəsi icarəyə götürüb ki, icarə müqavilələri 16 il,  2019-cu ildə o vəfat edənə qədər qüvvədə olub.

Bu seyflərdən biri Florida ştatının Palm Biç şəhərində yerləşirdi. Nəşrin məlumatına görə, pedofiliyada ittiham olunan maliyyəçi 2005-ci ildə ilk polis reydlərindən əvvəl Floridadakı evindən çıxarılan kompüterləri saxlamaq üçün detektiv agentliyi Riley Kiraly-yə pul ödəyib.

Qəzet yazır ki, Epşteynin evinin hər zaman səliqəli görünməsi səbəbindən ABŞ-ın hüquq-mühafizə orqanları onun axtarışlar barədə əvvəlcədən xəbərdarlıq edildiyindən şübhələnirlər. ABŞ Federal Təhqiqat Bürosunun sözügedən anbarlarda axtarış apardığına dair dəlillərin azlığı da qeyd edilib.

Nəşr əlavə edib ki, bu seyflərdə saxlanılan sənədlər Epşteynin böyük siyasət və biznesdəki dostlarına qarşı kompromatlar topladığı nəzəriyyəsini dəstəkləyə bilər.

Epstein 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar bildiriblər ki, 2002-2005-ci illər arasında onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızlar gətirilib. Onun cinayət təqibi 2019-cu ilin avqust ayında həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
525.az

1Sources