EN

Bakıda 19 erməninin saxlanması barışıq prosesini çətinləşdirir Mirzoyan BMT də

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Bakıda saxlanılan 19 erməni barışıq prosesini çətinləşdirir”.

Redaktor.az xəbər verir ki, bu barədə Ararat Mirzoyan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı bildirib.

Ermənistanın xarici işlər naziri qeyd edib ki, Ermənistan və Azərbaycan arasında barışıq prosesi Bakıda 19 erməninin saxlanılması fonunda çətinləşir.

Onun sözlərinə görə, iki ölkə hökumətləri arasında imzalanmış və hazırlanmaqda olan sənədlərlə yanaşı, iki cəmiyyət arasında “səmimi dialoq və sülhün bərqərar olması üçün təməllər” qoyulub.

Mirzoyan vurğulayıb ki, münaqişənin ağrılı humanitar nəticələri hələ də aradan qaldırılmalıdır.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
redaktor.az

2Sources