EN

Virtual məkan hüquqdan kənar və ya nəzarətsiz zona deyil - Baş Prokurorluqdan Xəbərdarlıq

Bakı.Trend:

Müasir dövrdə rəqəmsal transformasiya yalnız texnolojiyenilikləri deyil, həm də virtual mühitdə yeni davranış modelləriniformalaşdırır. Son dövrlərdə ictimai xadimlər, vətəndaşcəmiyyətinin fəal üzvləri və müvafiq dövlət strukturları tərəfindəninternet informasiya ehtiyatlarında cəmiyyətdə qəbul edilmiş birgəyaşayış qaydalarına və etik davranış standartlarına sadiqliknümayiş etdirilməsinin vacibliyi geniş təbliğ edilməkdədir.

Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli çağırışlaraməhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirənvə milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrupşəxslər hələ də mövcuddur.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluğun vətəndaşların və sosialşəbəkə istifadəçilərinə etdiyi meraciətdə deyilir.

Bildirilir ki, internet informasiya məkanını dəyərsiz və əxlaqnormalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cürfəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvisağlamlığına ciddi təhdid yaradır.

Xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxilimünasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normalünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallarkəskin hüquqi reaksiya doğurur.

Bu neqativ əməllərin qarşısının alınması məqsədiləqanunvericilik bazasında konkret tənzimləmə mexanizmləri müəyyənedilmişdir.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin510.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və yainformasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayişetdirildiyi halda:

- ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqcahörmətsizlik ifadə edən hərəkətlərin edilməsi;

- əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmuntəəssüratı yaradan jestlərin edilməsi;

- insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvidəyərlərə zidd formada göstərilməsi ciddi inzibati məsuliyyətyaradır.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsitərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində,sözügedən maddənin tələblərini pozaraq mənəviyyatı təhqir edənhərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibatiməsuliyyətə cəlb edilib. Aparılan hüquqi icraatın nəticəsi olaraq,aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibatihəbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiqolunub.

Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımızamüraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənarvə ya nəzarətsiz bir zona deyildir. Ona görə də vətəndaşlarımızı,xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativdavranışlardan uzaq durmağa, internet resurslarından istifadəzamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayətetməyə səsləyirik.

Unutmayın ki, hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış vəpaylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Millimənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundansonra da ciddi tədbirlər görüləcəkdir.

Chosen
12
46
az.trend.az

6Sources