EN

Turin komandasının baş məşqçisi qovulur Yerini kimin tutacağı bilindi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliya A Seriyasının 26-cı turu çərçivəsində dünən "Cenoa"ya 0:3 hesabı ilə uduzan "Torino"nun baş məşqçisi Marko Baroni istefaya göndəriləcək.

Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, artıq onun yerini hansı məşqçinin tutacağı da bəllidir.

Mənbə bu postun 50 yaşlı italiyalı mütəxəssis Roberto Daversaya tapşırılacağını vurğulayıb. Daversa son olaraq "Empoli"yə rəhbərlik edib.

Qeyd edək ki, Turin komandası son 8 oyunda 6 məğlubiyyətə üzülüb və hazırda turnir cədvəlində 27 xalla 15-ci pillədə mövqe tutub.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
fanat.az

2Sources