EN

İraq Suriyadan 22 min nəfəri qəbul etdi

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İraq Suriyanın Həsəkə vilayətində yerləşən və fəaliyyətinə son qoyulan Hol düşərgəsindən 22 min nəfəri qəbul edib.

Qaynarinfo xəbər verir ki, İraqın rəsmi xəbər agentliyi INA-ya açıqlama verən İraq Milli Təhlükəsizlik Müşavirliyində Strateji İşlər üzrə müşavir Səid əl-Ceyyaşi deyib ki, Hol düşərgəsi tamamilə boşaldılıb.

Onun sözlərinə görə, düşərgədən 5 min 600-dən çox ailəni əhatə edən 22 min nəfər 32 ayrı karvanla İraqa köçürülüb. Ceyyaşi qeyd edib ki, köçürülmə prosesi İraq Milli Təhlükəsizlik Müşavirliyi və digər aidiyyəti qurumların əlaqələndirməsi ilə təhlükəsiz şəkildə həyata keçirilib.

O bildirib ki, düşərgənin boşaldılması prosesi əsasən uğurla başa çatdırılıb və İraqa göndəriləcək son bir karvan qalıb.

Ceyyaşi əlavə edib ki, düşərgədən gətirilən ailələrlə bağlı beynəlxalq, milli və hökumət səviyyəsində dörd texniki qrup fəaliyyət göstərir. Onun sözlərinə görə, qruplardan birinə İraq Ali Məhkəmə Şurası rəhbərlik edir, Qaçqınlar və Əmək nazirlikləri də ayrı-ayrı qruplara başçılıq edir.

Müşavir bildirib ki, həmin qruplar uşaqların müdafiəsi, hüquqi prosedurlar və reabilitasiya istiqamətində də iş aparır.

Ötən ay Həsəkə vilayətində keçirilən əməliyyat nəticəsində YPG silahlı qruplaşmasının nəzarətindən çıxarılan Hol düşərgəsinin tam boşaldıldığı açıqlanmışdı. Suriya Xarici İşlər Nazirliyinin rəsmisi Fadi əl-Kasım Anadolu Agentliyinə bildirib ki, düşərgədə qalan son şəxslər də təxliyə olunub.

Hol düşərgəsi haqqında

Hol düşərgəsi ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsindən sonra başlayan silahlı toqquşmalardan qaçan şəxslər üçün yaradılmışdı. Düşərgə Suriyanın şərqində, Həsəkə vilayətində yerləşirdi.

YPG silahlı qruplaşması burada İŞİD silahlı qruplaşması ilə toqquşmalardan qaçan mülki şəxsləri, eləcə də təslim olan bəzi İŞİD üzvlərini və onların ailə üzvlərini saxlayırdı. Bildirilir ki, YPG uzun illər düşərgədən xarici dövlətlərlə münasibətlərdə təsir vasitəsi kimi istifadə edib.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
qaynarinfo.az

1Sources