EN

"Məhdud zərbələr İranı həvəsləndirəcək ki..."

Xarici medianın məlumatına görə, ABŞ bu gün və ya sabah İrana hərbi zərbə endirə bilər. Digər tərəfdən isə İranın xarici işlər naziri Abbas Əraqçi 26 fevral cümə axşamı günü Cenevrədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşə biləcəyini bildirib.

Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, ABŞ ilə İran arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur:

"Görünən odur ki, diplomatlar və ya siyasətçilər İranla danışıqları davam etdirir, hərbçilər isə kontingenti İran ətrafında yerləşdirərək konsentrasiyanı gücləndirir. Hərbi müdaxilə heç bir zaman istisna edilməyib. Əraqçının açıqlamaları isə zaman-zaman ərazidə baş verən prosesləri və reallıqları əks etdirmir. Ola bilər ki, məhdud zərbələr olsun, amma danışıqlar da davam etsin. Bu məhdud zərbələr İranı həvəsləndirəcək ki, ABŞ tələblərinə daha qısa müddətdə müsbət cavab versin".

Aytəkin TOFİQQIZI

Chosen
21
1
redaktor.az

2Sources