AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, "Sumqayıt" - "Qəbələ", "Karvan-Yexlax" -"Araz Naxçıvan" və "Sabah" - "Kəpəz" matçları olmaqla ümumilikdə 3 matçda qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb. Mütəxəssis sözügedən matçlarda hakimlərin doğru qərar verdiyini təsdiqləyib.
Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik: