Bakı. Trend:
Azərbaycan və İran "Şimal- Cənub" Beynəlxalq Nəqliyyat Dəhliziçərçivəsində mühüm tranzit tərəfdaşları qismində çıxış edirlər.
Trend xəbər verir ki, bunu Baş nazirin müavini,Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev Bakıdakeçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrəAzərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında deyib.
O bildirib ki, 2025-ci ildə ikitərəfli yükdaşımaların həcmi 2,3milyon tona çatıb, bununla da müsbət artım dinamikası müşahidəolunub. Şahin Mustafayevin sözlərinə görə, artım həm avtomobil, həmdə dəmir yolu yükdaşımalarında qeydə alınıb.
"Şimal- Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialınınreallaşdırılması baxımından Rəşt-Astara hisssinin tikintisi mühüməhəmiyyət daşıyır. Astara Yük Treminalı "Şimal- Cənub" BeynəlxalqNəqliyyat Dəhlizinin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyətdaşıyır. Terminalın yükdaşıma imkanlarının 5 milyon tona qədərnəzərdə tutulması bu marşrutun tranzit potensialının artırılmasınamühüm töhfə verir", - Baş nazirin müavini əlavə edib.