Olaylar.az xəbər verir ki, bunu Baş nazirin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında deyib.
O bildirib ki, 2025-ci ildə ikitərəfli yükdaşımaların həcmi 2,3 milyon tona çatıb, bununla da müsbət artım dinamikası müşahidə olunub. Şahin Mustafayevin sözlərinə görə, artım həm avtomobil, həm də dəmir yolu yükdaşımalarında qeydə alınıb.
"Şimal- Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının reallaşdırılması baxımından Rəşt-Astara hisssinin tikintisi mühüm əhəmiyyət daşıyır. Astara Yük Treminalı "Şimal- Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Terminalın yükdaşıma imkanlarının 5 milyon tona qədər nəzərdə tutulması bu marşrutun tranzit potensialının artırılmasına mühüm töhfə verir", - Baş nazirin müavini əlavə edib.