EN

Bakıda obyektdə partlayış baş veribVİDEO

Bakıda gül salonunda partlayış olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə 18 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən obyekdə qeydə alınıb.

Yaxınlıqda çalışan şəxslərin sözlərinə görə, partlayış səhər saat 8 radələrində baş verib.

Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki,

gül mağazasında yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğının genişlənməsinə, o cümlədən digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 38kv.m. olan mağazanın yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
9
xezerxeber.az

1Sources