EN

Macarıstan Avropa Birliyinə VETO QOYDU

Ajans.az xəbər verir ki, bu barədə Rusiya dövlət agentliyi xəbər yayıb. Macarıstanın xarici işlər naziri Peter Sziyyarto Brüsseldə keçirilmiş görüşdən sonra bildirib ki, Ukraynanın Drujba neft boru kəməri vasitəsilə tranziti bloklaması səbəbindən ölkəsi anti‑Rusiya sanksiyaları və Ukraynaya ayrılması planlaşdırılan maliyyə yardımı paketi üçün dəstək verməyəcək.

Nazir qeyd edib ki, Macarıstanın mövqeyi dəyişməyincə bu qərarlar təsdiqlənməyəcək. O, Ukraynanı “enerji təhlükəsizliyini riskə atmaqda” ittiham edib və sanksiyaların bloklanmasının bu şərtlərlə mümkün olduğunu vurğulayıb.

Chosen
21
Ajans.az

1Sources