EN

ABŞ bəzi diplomatlarının Livanı tərk etməsini istəyib

ABŞ bəzi diplomatlarının Livanı tərk etməsini istəyib

ABŞ Dövlət Departamentinin İranla artan gərginlik səbəbindən vacib hesab olunmayan diplomatların və ailə üzvlərinin Livandan ayrılması barədə göstəriş verdiyi elan edilib.

"Associated Press" (AP) agentliyinə məlumat verən ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, İranla gərginliyin artması ilə əlaqədar olaraq qeyri-mühüm diplomatik heyətin və ailə üzvlərinin Livandan çıxması tələb olunub.

Həmin rəsmi Livandakı sözügedən personalın ölkəni müvəqqəti olaraq tərk edəcəyini qeyd edib. Adının açıqlanmasını istəməyən digər bir ABŞ Dövlət Departamenti rəsmisi isə Dövlət katibi Marko Rubionun bu həftəsonu İsrailə planlaşdırdığı səfərlərini təxirə sala biləcəyini ifadə edib.

Chosen
15
afn.az

1Sources