EN

ABŞ–İran gərginliyi: Ben Qurion hava limanına hərbi nəqliyyat və yanacaq doldurma təyyarələri enib

ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşdığına dair qiymətləndirmələr davam etdiyi bir vaxtda, Amerika Birləşmiş Ştatlarına məxsus hərbi nəqliyyat və havada yanacaq doldurma təyyarələri Ben Gurion Airport ərazisində müşahidə olunub.

Editor.az xəbər verir ki, sözügedən hərbi təyyarələr Ben Qurion hava limanına eniş edib.

Bölgədə həyata keçirilən hərbi daşınmalar çərçivəsində USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin Karib hövzəsindən hərəkət edərək Girit adası yaxınlığında yerləşdiyi müəyyən edilib. Bildirilir ki, bu addım mümkün İran cavab zərbəsi ehtimalına qarşı İsrail şəhərlərinin müdafiəsinə dəstək məqsədi daşıyır.

Digər tərəfdən, ABŞ Beyrutdakı diplomatik mövcudluğunu azaltmaq qərarı verib. United States Embassy in Beirut-in zəruri olmayan əməkdaşları və onların ailə üzvləri də daxil olmaqla təxminən 50 nəfərin təxliyə edildiyi, nümayəndəliyin isə fəaliyyətini əsas heyətlə davam etdirdiyi bildirilib.

Vaşinqtondan daxil olan digər məlumata əsasən, ABŞ-ın dövlət katibi Marco Rubionun planlaşdırılan səfəri təxirə salınıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
16
editor.az

1Sources