EN

Sumqayıtda 17 yaşlı qız faciəvi şəkildə öldü

Sumqayıtda 17 yaşlı qız faciəvi şəkildə öldü

Sumqayıtda yeniyetmə qız faciəvi şəkildə ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə 45-ci məhəllə adlanan ərazidə, 14 mərtəbəli yaşayış binasında baş verib.

İlkin ehtimallara görə, 17 yaşlı Şəms binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, həyatını itirən yeniyetmə Sumqayıt Şəhər 13 saylı tam orta məktəbdə təhsil alırmış. Hazırda hadisənin bədbəxt hadisə, ehtiyatsızlıq və ya digər səbəbdən baş verməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Chosen
11
9
afn.az

10Sources