Bakı, 23 fevral, Cavid Əliyev, AZƏRTAC
Türkiyə Superliqasında XXIII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" evdə "Kasımpaşa" ilə qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda "sarı-lacivərdlilər" 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Superliqaya 55 xalla "Qalatasaray" başçılıq edir.