EN

"Fənərbağça" əzəli rəqibinə çatmaq fürsətini əldənVERDİ

Türkiyə Superliqasında 23-cü turun son oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, turun son qarşılaşmasında "Fənərbağça" və "Kasımpaşa" üzə-üzə gəliblər.

Ev sahibləri turnir cədvəlinin son pillələrində qərarlaşan "Kasımpaşa"nın müqavimətini qıra bilməyiblər. Görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.

Bu nəticə ilə xal ehtiyatını 53-ə yüksəldən "Fənərbağça" 2-ci yerdə qalıb. 20 xala malik "Kasımpaşa" 16-cı mövqedədir. Turnir cədvəlinə 55 xalla "Qalatasaray" başçılıq edir.

Chosen
13
4
redaktor.az

3Sources