Misli premyer-liqasının 21-ci turu Filip Ozobiç üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi turnirdə 70-ci qolunu vurub.
O, “Zirə” ilə ev oyununda (2:0) fərqlənib. Filip “70”ə 218-ci oyununda çatıb. Onun orta məhsuldarlığı 0,32-yə bərabərdi.
Premyer-liqada 2016/17 mövsümündə debüt edən Ozobiç “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənən yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub.
1. Nazim Əliyev - 183
2. Müşfiq Hüseynov - 125
3. Rövşən Əhmədov - 116
4-5. Qurban Qurbanov - 115
Samir Ələkbərov - 115
6. Alay Bəhramov - 108
7. Nadir Nəbiyev - 103
8-9. Xaqani Məmmədov - 102
Vadim Vasilyev - 102
10. Kənan Kərimov - 101
11. Musa Qurbanov - 94
12. Fazil Pərvərov - 89
13. Samir Musayev - 88
14-15. Fərrux İsmayılov - 85
İmamyar Süleymanov - 85
16. Samir Əliyev - 84
17. İsmayıl Məmmədov - 76
18. İlham Məmmədov - 74
19. Azər İsayev - 73
20. Paşa Əliyev - 72
21. Badri Kvaratsxeliya - 71
22-23. Zaur Ramazanov - 70
Filip Ozobiç - 70
Ozobiç “23-lük”də karyerasını davam etdirən yeganə futbolçudu.