Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan Premyer Liqasının XXI turu Filip Ozobiç üçün əlamətdar olub.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz"un yarımmüdafiəçisi turnirdə 70-ci qolunu vurub.
O, "Zirə" ilə ev oyununda (2:0) fərqlənib. Filip "70"ə 218-ci oyununda çatıb. Onun orta məhsuldarlığı 0.32-yə bərabərdir.
Premyer Liqada 2016/17 mövsümündə debüt edən Ozobiç "Qəbələ"də 16, "Qarabağ"da 35, "Neftçi"də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənən yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub.
1. Nazim Əliyev - 183
2. Müşfiq Hüseynov - 125
3. Rövşən Əhmədov - 116
4-5. Qurban Qurbanov - 115
Samir Ələkbərov - 115
6. Alay Bəhramov - 108
7. Nadir Nəbiyev - 103
8-9. Xaqani Məmmədov - 102
Vadim Vasilyev - 102
10. Kənan Kərimov - 101
11. Musa Qurbanov - 94
12. Fazil Pərvərov - 89
13. Samir Musayev - 88
14-15. Fərrux İsmayılov - 85
İmamyar Süleymanov - 85
16. Samir Əliyev - 84
17. İsmayıl Məmmədov - 76
18. İlham Məmmədov - 74
19. Azər İsayev - 73
20. Paşa Əliyev - 72
21. Badri Kvaratsxeliya - 71
22-23. Zaur Ramazanov - 70
Filip Ozobiç - 70
Qeyd edək ki, Ozobiç 23-lükdə karyerasını davam etdirən yeganə futbolçudur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.