Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyə, Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər 18 ölkə İsrailin İordan çayının qərb sahili üzərində qeyri-qanuni nəzarətini əhəmiyyətli dərəcədə genişləndirən bir sıra qərarlarını kəskin şəkildə pisləyib.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bəyanatı imzalayanlar 4 iyun 1967-ci il tarixli sərhədlərə əsaslanan iki dövlətli həll əsasında Yaxın Şərqdə ədalətli və hərtərəfli sülhün əldə edilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Bəyanatda deyilir: “İsrailin İordan çayının qərb sahili üzərində qeyri-qanuni nəzarətini əhəmiyyətli dərəcədə genişləndirən son qərarlarını kəskin şəkildə pisləyirik. Bu dəyişikliklər genişmiqyaslı, Fələstin ərazilərinin qondarma İsrail “dövlət torpaqları” kimi təsnifatlandırılması, qeyri-qanuni məskunlaşma fəaliyyətinin sürətləndirilməsi və İsrail hakimiyyətinin daha da möhkəmlənməsidir”.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.