Hindistanın Carxand əyalətində təcili yardım təyyarəsi qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə Hindistan Mülki Aviasiya Baş İdarəsi (DGCA) məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində təyyarədə olan 7 nəfər həlak olub.
Məlumata görə, "Beechcraft C90" təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən marşrutun dəyişdirilməsini istəyib, bundan sonra təyyarə ilə əlaqə kəsilib və radarlardan itib.