EN

Vuçiçə qarşı sui-qəsd planı – İki nəfər saxlanıldı


Serbiyanın Kralyevo şəhərində Prezidenti Aleksandr Vuçiçə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nazirliyin əməkdaşları 1975-ci il təvəllüdlü D.R. və 1983-cü il təvəllüdlü M.R.-i həbs ediblər.
“Onlar Serbiyanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və ən yüksək dövlət orqanlarını devirmək üçün silah almaqla çevriliş cəhdində, Serbiya Prezidentinin, onun həyat yoldaşının və uşaqlarının həyatına və şəxsiyyətinə sui-qəsd cəhdində, eləcə də Serbiya Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdində şübhəli bilinirlər”, - məlumatda qeyd olunub.
Təqsirləndirilən şəxslərlə bağlı həbs qətimkan tədbiri seçildiyi və həbsxanaya yerləşdirildiyi bildirilir.
Chosen
6
yeniavaz.com

1Sources