EN

İranda helikopter qəzaya uğrayıb

İranın İsfahan əyalətində yerləşən Dorçe şəhərində helikopter qəzası baş verib. Helikopter Xomeynişəhr şəhəri yaxınlığında yerləşən bağçılıq kompleksinin ərazisinə düşüb.

Milli.Az.Az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl helikopter Xomeynişəhr yaxınlığında yerləşən Dorçe şəhərində qəzaya uğrayıb", - məlumatda bildirilir.

İlkin məlumata görə, hava gəmisi şəhərdəki bağçılıq kompleksinin yerləşdiyi əraziyə düşüb.

Ayxan
Milli.Az

Chosen
3
milli.az

1Sources