EN

Elman Nəsirov: Prezident yeni dünya nizamının formalaşmasında iştirak edir

Biz vətəndaş müharibəsinin ağır sınaqlarından çıxaraq vətəndaş həmrəyliyinə gedən tarixi yolu uğurla keçmişik. Bu proses yalnız qanuni çərçivələrin bərpası ilə məhdudlaşmayıb, həm də milli birlik və vətəndaş məsuliyyəti anlayışının formalaşmasına təkan verib. Ölkə vətəndaşları artıq dərk edir ki, dövlətimizin başçısı, Prezident İlham Əliyev, müstəqil siyasət yürüdür, milli maraqları qoruyur və Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirir.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasında deputat Elman Nəsirov səsləndirib.

Deputat qeyd edib ki, Azərbaycan bu gün böyük uğurlara imza atır. İqtisadi, siyasi və diplomatik sahələrdə əldə olunan nəticələr ölkəmizin güclü və dayanıqlı inkişafını nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın uğurlarına qarşı təzyiqlərin miqyası getdikcə genişlənir. Bu, yalnız ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarında deyil, eləcə də COP29 kimi qlobal platformalarda da özünü göstərir. 

Parlamentari vurğulayıb ki, Azərbaycan hər bir səhnədə milli maraqlarını qoruyur və beynəlxalq hüququn prinsiplərinə uyğun mövqe nümayiş etdirir.

Elman Nəsirov əlavə edib ki, İlham Əliyev yeni dünya nizamının formalaşmasında fəal iştirak edən bir liderdir və beynəlxalq siyasətdə ciddi aktor kimi tanınır. Azərbaycanın diplomatik fəaliyyətləri, beynəlxalq səviyyədəki təşəbbüsləri və aktiv iştirakı ölkəmizi qlobal sülh və təhlükəsizlik proseslərinin mühüm iştirakçısına çevirir. Dünyanın yeni beynəlxalq platforması olan Sülh Şurasında Azərbaycan öz prinsipial mövqeyi ilə çıxış edir, regional və qlobal məsələlərdə konstruktiv rol oynayır və sülhün təmin olunmasına töhfə verir. Bu isə ölkəmizin yalnız güclü dövlət olmasını deyil, həm də dünyada etibarlı və hörmətli bir tərəfdaş kimi qəbul olunmasını göstərir.

Chosen
16
1
sabahinfo.az

2Sources