EN

Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi

İvanovo vilayətində fəaliyyət göstərən “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri və iş adamı Asif Məmmədov FSB-nin qərarı ilə “milli təhlükəsizliyə təhdid yaradan fəaliyyət” səbəbilə Rusiya vətəndaşlığından məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Xatırladaq ki, ötən il Asif Məmmədov İvanovo Şəhər Dumasına seçkilərdə iştirakdan geri çəkilməyə məcbur olmuşdu. O, rus dilini bilməməkdə ittiham edilirdi.

Bizim.Media

Chosen
19
bizim.media

1Sources