EN

Çin televiziyası AZƏRTAC ın iki ölkə arasında investisiya sahəsində əməkdaşlığına dair reportajını yayımlayıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pekin, 24 fevral, AZƏRTAC

AZƏRTAC-ın Azərbaycan ilə Çin arasında investisiya sahəsində əməkdaşlığına dair reportajı Çin Media Qrupuna daxil olan CGTN televiziya kanalında yayımlanıb.

Son illərdə Azərbaycanla Çin arasında iqtisadi münasibətlərin daha da genişlənməsinin, ticarət dövriyyəsinin ilbəil artmasının vurğulandığı reportajda Çin şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında təmsil olunduqları qeyd olunub.

Azərbaycanın İqtisadiyyat Nazirliyinə istinadla bildirilir ki, ötən il ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 30,16 faiz artaraq 4,9 milyard dollara çatıb. Çin Azərbaycanın 4-cü ticarət tərəfdaşıdır. 2025-ci ildə Çinin Azərbaycana yatırdığı investisiyaların həcmi 950 milyon dolları keçib.

Qeyd olunur ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində göstərilən səylər nəticəsində Çin şirkətləri ilə sənaye, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və ipəkçilik kimi sahələrdə birgə layihələr həyata keçirilir. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində 394 Çin investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.

Reportajda İqtisadiyyat Nazirliyinin, Azərbaycanda fəaliyyət göstərən Çin şirkətinin nümayəndəsinin müvafiq fikirlərinə də yer verilib. Xüsusi vurğulanıb ki, bərpaolunan enerji sahəsi də son dövrlərdə Azərbaycan-Çin investisiya tərəfdaşlığında mühüm yer tutur. Prezident İlham Əliyevin ötən il Çinə dövlət səfəri çərçivəsində Azərbaycanla Çin şirkətləri və qurumları arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb. Azərbaycanın günəş və külək enerjisi potensialı ilə Çinin yaşıl texnologiyalar sahəsindəki təcrübəsi sinerji yaradaraq birgə layihələrin reallaşdırılması üçün əlverişli mühit formalaşdırıb.

Yekun olaraq vurğulanıb ki, Azərbaycan-Çin əməkdaşlıq sahələri davamlı genişlənir və ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı kimi ənənəvi istiqamətlərlə yanaşı, tərəflər rəqəmsal iqtisadiyyat, yaşıl enerji və süni intellekt kimi qabaqcıl sahələrdə də əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
azertag.az

2Sources