EN

Bayağılıqla bağlı müzakirəyə Audiovizual Şura qatılmadı

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Audioviziul Şura son günlər verilişlərdə bayağılığın təbliğ edilməsi ilə bağlı mövzunun müzakirə olunduğu "Sabaha saxlamayaq" proqramına nümayəndə göndərməkdən imtina edib.

Axşam.az xəbər verir ki, bu haqda proqramın aparıcı Vüsalə Məmmədova veriliş zamanı deyib. 

"Əməkdaşlarımız Audiovizual Şura ilə əlaqə saxladılar və bu axşamkı müzakirəmizlə bağlı məlumat verdilər. Şuradan studiyamızda qonaq gözləyəcəyimizi dedik. Onlar bu müzakirədə iştirak etmək istəmədiklərini bildirdilər" deyə, aparıcı bildirib.

Proqramda yer alan müğənni Murad Arif isə "Bizim danışmağımızla heç nə düzələn deyil. Audioviziual Şuradan nümayəndə gəlməyib. Bütün sualların cavabı da bu sükut da, üç nöqtədədir. Bəs, hansı müzakirədə iştirak etməlidirlər? İTV-də olan müzakirələr hərtərəfli olunur, mədəni şəkildə diskusiya aparılır. Ağız deyəni, qulaq eşidir. Bütün medianın, internetin dilində mövzu olan televiziyalardakı biabırçılıqla bağlı müzakirə olan mövzuya görə verilişə nümayəndə göndərilmirsə, kim nə desin?" sözlərini əlavə edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
axsam.az

1Sources