EN

Rusiya 43 ölkədən muzdlu əsgər toplamağı dayandırıb Azərbaycan siyahıda yoxdur

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynada döyüşmək üçün əcnəbiləri cəlb edən rusiyalı “işəgötürənlərə” “qara siyahı” təqdim olunub. Həmin siyahıda muzdlu əsgərlərin “idxalının” qadağan olunduğu ölkələrin adları yer alıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın “Vajnıye istorii” nəşri məlumat yayıb. 

Məlumatda deyilir ki, 43 ölkəni əhatə edən siyahı əsasən ərəbdilli ərazilərdə çalışan “işəgötürənlər” arasında paylanılıb. Bu siyahıya bəzi Afrika və Ərəb ölkələri, eləcə də Rusiyaya "dost" olan digər dövlətlər daxildir: Çin, Hindistan, Braziliya, Cənubi Afrika, Türkiyə, Kuba, Əfqanıstan, İran, Venesuela və sair. 

Məlumatda qeyd olunur ki, bu siyahı əsasən diplomatik əlaqələrin nəticəsi ola bilər. Belə ki, bir çox ölkələr diplomatik kanallarla Rusiyaya müraciət edərək, öz vətəndaşlarının rus ordusuna muzdlu kimi qəbulunu və Ukraynaya göndərilməsini dayandırmağı tələb edib. Hələ 2024-cü ilin ortalarından bəri Nepal, Hindistan və Şri-Lanka Rusiya hakimiyyət orqanlarına bununla bağlı müraciətlər etmişdilər. 2025-ci ilin noyabr ayında İordaniya da oxşar tələb irəli sürüb.

Siyahıya Azərbaycan da daxil olmaqla, postsovet məkanına aid ölkələr daxil edilməyib. Görünür bunun üçün həmin ölkələr də Rusiya qarşısında rəsmən tələb qoymalıdırlar. 

Xatırladaq ki, son zamanlar mediada və sosial şəbəkələrdə Rusiya ordusuna cəlb edilmiş Azərbaycan vətəndaşlarının həlak olması və itkin düşməsilə bağlı çoxlu sayda məlumatlar dərc edilir…

Rusiyada vətəndaşlarının işğalçı orduya cəlb edilməsinə qadağan qoyulduğu iddia edilən ölkələrin siyahısı işə aşağıdakı kimidir: 

1. Əfqanıstan 

2. Əlcəzair

3. Anqola 

4. Birləşmiş Ərəb Əmirlikləri 

5. Argentina 

6. Bəhreyn 

7. Braziliya 

8. Venesuela

9. Vyetnam 

10. Qana 

11. Qvineya 

12. Misir 

13. İsrail 

14. Hindistan 

15. İordaniya 

16. İraq 

17. İran 

18. Yəmən 

19. Kamerun

20. Qətər 

21. Keniya

22. Çin 

23. Kolumbiya 

24. Kuba 

25. Küveyt

26. Laos 

27. Liviya

28. Mozambik 

29. Namibiya 

30. Nepal 

31. Nigeriya 

32. Nikaraqua 

33. Oman

34. Pakistan 

35. Səudiyyə Ərəbistanı

36. Somali 

37. Suriya 

38. Tanzaniya 

39. Türkiyə 

40. Uqanda

41. Şri-Lanka

42. Efiopiya 

43. Cənubi Afrika

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

1Sources