EN

AYİB Gəncə və Şəkidə su təchizatının yaxşılaşdırılması üzrə layihələr həyata keçirəcək - Bank nümayəndəsi

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə və Şəkişəhərlərində su təchizatının yaxşılaşdırılması üzrə layihələrhəyata keçirməyi planlaşdırır.

Trend xəbər verirki, bunu AYİB-in Azərbaycandakı nümayəndəsi Real Hacıyev bu günBakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə,risklər və məsuliyyətli biznes fəaliyyətləri” mövzusunda dəyirmimasa zamanı bildirib.

Onun sözlərinə görə, Gəncə şəhərində həyata keçirilən layihəüzrə ümumi investisiya həcmi 410 milyon avro təşkil edir.

“Layihə çərçivəsində su təchizatı sistemləri, suyun toplanmasıvə təmizlənməsi qurğuları, eləcə də yağış sularının idarə olunmasıüçün infrastruktur yaradılacaq. Gəncə layihəsi üzrə artıq 35 milyonavro məbləğində maliyyə sənədləri imzalanıb, bu il ərzində əlavə120 milyon avronun rəsmiləşdirilməsi gözlənilir”, - o bildirib.

Onun sözlərinə görə, AYİB həmçinin Şəki şəhərində və ətrafkəndlərdə su infrastrukturunun yaxşılaşdırılması layihəsini həyatakeçirməyi planlaşdırır. Hacıyev qeyd edib ki, ümumi investisiyaməbləği təxminən 95 milyon avro təşkil edir və bunun 57 milyonavrosunun cari ildə rəsmiləşdirilməsi planlaşdırılır.

Bank nümayəndəsi vurğulayıb ki, fiziki investisiyalar suitkilərinin azaldılmasını, tullantı sularının təmizlənməsi vətəkrar istifadəsini, eləcə də mövcud su ehtiyatlarından səmərəliistifadəni təşviq edən effektiv siyasətlə müşayiət olunmalıdır. Oqeyd edib ki, özəl sektor da zəruri təcrübə və ekspertizanı təminetməlidir.

Məqalədə:
Chosen
25
az.trend.az

1Sources