EN

Hegset yadplanetlilərin mövcudluğu ilə bağlı suala cavab verib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pentaqon ABŞ prezidenti Donald Trampın sərəncamına uyğun olaraq uçan naməlum obyekt (UNO) ilə əlaqəli materialları araşdırmaq, müəyyən etmək və məxfiliyini ləğv etmək üçün tədbirlər görür.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın hərbi naziri Pit Hegset bunu brifinqdə açıqlayıb.

Jurnalistin yerdənkənar həyatın mövcudluğu ilə bağlı sualına cavab olaraq Hegset: "Baxarıq. Mən araşdırma aparıb sizinlə birlikdə öyrənəcəyəm", - deyə cavabını verib.

"Biz UFO fayllarını və əsas faylları müəyyən etmək və məxfiliyini ləğv etmək prosesindəyik", - deyə nazir prosesin artıq başladığını vurğulayıb.

Jurnalist həmçinin Hegsetdən yerdənkənar həyat haqqında məlumatların mümkün məxfiliyinin ləğvində iştirak etməyi gözləyib-gözləmədiyini soruşdu. Bu suala Pentaqon rəhbəri "Xeyr. Bu, mənim siyahımda heç yox idi", - deyə cavabını verib.

Bu prosesi həyata keçirməyə hazır olub-olmadığı soruşulduqda, o, müsbət cavab verərək: "Əlbəttə. Hazırda işçilərimiz bunun üzərində işləyirlər. Bunun nə qədər vaxt aparacağını şişirtmək istəmirəm. Biz buna başlayırıq. Bu sərəncama tam əməl edəcəyik. Bunu Prezidentə təqdim etmək üçün burada çalışırıq. Görəcəyimiz işlərin prosesi haqqında daha çox məlumat sonradan veriləcək", -deyə qeyd edib.

Vaxtı barədə soruşulduqda, Hegset konkret bir tarix verməkdən imtina edib: "Hələlik sizin üçün vaxt cədvəlim yoxdur, amma bizi izləməyə davam edin. Yeniliklərimiz olacaq", - deyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
45
icma.az

10Sources