ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Qalmaqallı maliyyəçi Ceffri Epşteynin uçuşları ilə bağlı bəzi məlumatlar Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin informasiya bazasından saxlama müddətinin bitməsi səbəbindən silinib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "The Times" qəzeti məlumat verir.
Məqalədə bildirilir ki, 3 ay əvvəl London polisi Ceffri Epşteynlə əlaqəli insan alveri ittihamları ilə bağlı yenidən araşdırmaya başlayıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarına bir sıra dəlillərin artıq məhv edildiyi barədə xəbərdarlıq edilib. Bəzi uçuşlar 20 il əvvəl baş tutub, lakin Hərbi Hava Qüvvələri sərnişin siyahılarını yalnız 3 ay ərzində saxlayır, bundan sonra onlar silinir.
Nəşr qeyd edir ki, polisin hava limanı işçilərini sorğu-sual etmək hüququ olsa da, məlumatların məhv edilməsi üzrə mövcud siyasət Epşteynlə əlaqəsi aşkarlanan və bu çərçivədə Böyük Britaniyaya gələn şəxslərin identifikasiyasına (müəyyənləşdirilməsinə) əhəmiyyətli dərəcədə çətinlik yaradacaq.
Eyni zamanda o da qeyd edilib ki, Böyük Britaniyadakı kommersiya aviaşirkətlərinin sərnişin siyahıları adətən 6-7 il ərzində saxlanılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.