EN

Ödənişli yollarda sürət həddi ilə bağlı qanun qəbul edildi

BAKI,TurkicWorld

Azərbaycan və İran enerji layihələrinin icrası ilə bağlı müzakirələr aparıblar.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqlə görüşdə birgə enerji layihələrinin icrası ilə bağlı müzakirələr apardıq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycandan İran İslam Respublikasına 37,230 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,058 milyon ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə müqayisədə həcm ifadəsində 813 min kVt/saat və ya 2,2%, dəyər ifadəsi ilə isə 23 min ABŞ dolları, yaxud 2,2% artıb.

Eyni zamanda, 2025-ci ildə İrandan Azərbaycana 980 min ABŞ dolları dəyərində, 34,506 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 13 min ABŞ dolları və ya 1,3%, həcm ifadəsində isə 449 min kVt/saat və ya 1,3% azdır.

Chosen
19
turkic.world

1Sources