EN

Metroda qatarların hərəkət intervalı bərpa olunubYENİLƏNİB-2

Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.

Bu barədə Xezerxeber.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

12:17

Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb, əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

Bu barədə Xezerxeber.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur.

İntervallar qısa müddətdə bərpa olunacaq.

11:52

Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər–Sahil" mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

Xezerxeber.az bildirir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

"Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik", - deyə məlumatda bildirilib.

Chosen
13
7
xezerxeber.az

10Sources