EN

“Torpaq problemləri biznesin genişlənməsinə mane olmamalıdır”

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu günkü iclasında iqtisadi və sosial məsələlərə toxunub.

Gununsesi.info-nun xəbərinə görə, deputat bildirib ki, ölkədə bir çox biznes subyektləri torpaq problemləri səbəbindən fəaliyyətlərini genişləndirməkdə çətinlik çəkir.

“Halbuki bu layihələr 30, 50, 100 və daha çox yeni iş yeri yarada bilər. İş yerlərinin yaradılması işsizliyin azalmasına, regionların inkişafına və gənclərin yerli əmək bazarında qalmasına xidmət edir”, – deyə o qeyd edib.

Razi Nurullayev təklif edib ki, dövlət ehtiyacı anlayışına məşğulluq meyarı daxil edilsin ki, torpaq məsələləri sürətləndirilmiş qaydada həll olunsun və biznesin genişlənməsi təmin edilsin.

Deputatın fikrincə, qanunvericilik həm mülkiyyət hüququnu qorumalı, həm də vətəndaşların işlə təmin olunmasına şərait yaratmalıdır:

“Əsas məqsəd sosial ədaləti hüququ qorumaqla yanaşı, imkanlar yaratmaqdır. Dövlətin ən böyük ehtiyacı işləyən və ölkəsinə dəyər qatan vətəndaşdır”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
icma.az

1Sources