EN

Pentaqon Maskla müqavilə imzaladı – “Grok”dan istifadə edəcək


ABŞ Hərbi Nazirliyi İlon Maskın “xAI” korporasiyası ilə müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portal məlumat yayıb.
Müqaviləyə əsasən, ABŞ ordusu təsnif edilmiş layihələrdə istifadə üçün “Grok” neyron şəbəkəsinə çıxış əldə edəcək.
Portalın məlumatına görə, Pentaqonun əsas şərti süni intellektdən istənilən qanuni vəzifəni yerinə yetirmək üçün - kəşfiyyat məlumatlarının toplanmasından, silahların hazırlanmasından tutmuş xüsusi əməliyyatların planlaşdırılmasına qədər - istifadə etmək hüququdur.
Bunan qədər isə kritik müdafiə sistemləri üçün süni intellekt həllərinin eksklüziv təchizatçısı “Anthropic”in “Claude” modeli hesab olunurdu.
Bununla belə, neyron şəbəkənin müəllifləri texnologiyanın tam rəqəmsal müşahidə və avtonom ölümcül sistemlərin yaradılması üçün istifadəsini qadağan edən etik məhdudiyyətlərə riayət edir.
Yeni razılaşmanın “Anthropic”in həllərinin tamamilə dəyişdirilməsinə gətirib çıxarıb-çıxarmayacağı hələlik məlum deyil. Yeni sistemə keçid müddəti ilə də bağlı konkret məlumat yoxdur.
Chosen
43
1
yeniavaz.com

2Sources