EN

Keyn “Bavariya”da Müllerin rekordunu təkrarladı

Almaniya Bundesliqasının son turunda "Bavariya" doğma meydanda "Ayntraxt Frankfurt" komandasını 3:2 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmada dubl edən İngiltərə millisinin hücumçusu Harri Keyn komandasının qələbəsində həlledici rol oynayıb.

 2023-cü ildən Bundesliqada çıxış edən 30 yaşlı forvard karyerasında üçüncü dəfə ardıcıl üç oyunda dubl etməklə diqqət çəkib. Bununla da o, “Bavariya”nın 1960–70-ci illərdəki əfsanəvi hücumçusu Gerd Müller ilə eyni göstəriciyə imza atıb.

Klub tarixində isə yalnız bir futbolçu karyerası ərzində dörd belə seriya reallaşdırıb – bu, hazırda "Barselona" klubunda çıxış edən Robert Levandovskidir.

Qeyd edək ki, Keyn əvvəlki iki matçda da iki qol vurmuşdu – o, həm "Hoffenhaym", həm də "Verder Bremen" ilə görüşlərdə dubla imza atmışdı.

Chosen
21
90deqiqe.az

1Sources