Keçmiş model Neşe Erbek açıqlaması ilə marağa səbəb olub.
Far.Az xəbər verir ki, 61 yaşlı model aparıcı Saba Tümerin verilişinə qonaq olarkən 120 yaşına qədər yaşamaq istədiyini bildirib:
"Hədəfim 120 yaşa qədər yaşamaqdır. Həmin yaşımda da belə qalacağam. Elm, tibb texnologiya inkişaf edib" -deyə o qeyd edib.
Xatırladaq ki, Neşe Erberk 1964-cü ildə İstanbulda doğulub. Boğaziçi Üniversitesində Ali təhsil alıb. 1983-cü ildə qatıldığı müsabiqədə Türkiyə gözəli seçilib. 1984-cü ildə Avropa gözəli seçilib və model kimi peşəkar fəaliyyətə başlayıb.
1987-ci ildə öz adını daşıyan model və fotomodel agentliyini quraraq iş həyatını davam etdirib. Podiumlara yeni simalar qazandırıb.