EN

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalininiçməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlərhaqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin2026-cı il 21 fevral tarixli 942 nömrəli Sərəncamı ilə təsdiqedilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarındansəmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçünTədbirlər Planı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasınınbir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatınınyaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan MuxtarRespublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlinümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsindəgöstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində40 ədəd subartezian quyusunun layihə-smeta sənədlərininhazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunmasıüçün müvafiq tədbirlər görsün.

2. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi iləbağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmışKomissiya bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuştədbirlərin əlaqələndirilməsi məsələlərini həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və NaxçıvanMuxtar Respublikasında Azərbaycan Respublikası Prezidentininsəlahiyyətli nümayəndəliyi bu Sərəncamdan irəli gələn məsələlərihəll etsinlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-cihissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçünaidiyyəti üzrə zəruri tədbirlər görsünlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 fevral 2026-cı il

Chosen
11
9
az.trend.az

10Sources