Marja.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
"Marja"nın məlumatına görə, sənəddə qeyd olunub ki, Sərəncam "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə imzalanıb.

Sərəncama əsasən, Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün müvafiq tədbirlər görməlidir.
Babək rayonu: Cəhri qəsəbəsi, Çeşməbasar kəndi, Didivar kəndi, Güznüt kəndi, Kültəpə kəndi, Qaraqala kəndi, Məzrə kəndi, Naxışnərgiz kəndi, Nəzərabad kəndi, Sirab kəndi, Yuxarı Uzunoba kəndi
Naxçıvan Muxtar Respublikasında subartezian quyularının qazılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı:
Babək rayonu: Cəhri qəsəbəsi, Çeşməbasar kəndi, Didivar kəndi, Güznüt kəndi, Kültəpə kəndi, Qaraqala kəndi, Məzrə kəndi, Naxışnərgiz kəndi, Nəzərabad kəndi, Sirab kəndi, Yuxarı Uzunoba kəndi
Culfa rayonu: Culfa şəhəri, Bənəniyar kəndi, Xoşkeşin kəndi, Kırna kəndi, Saltaq kəndi, Teyvaz kəndi
Kəngərli rayonu: Qıvraq qəsəbəsi, Böyükdüz kəndi, Çalxanqala kəndi, Xok kəndi, Təzəkənd kəndi, Yeni Kərki kəndi
Ordubad rayonu: Ağrı kəndi, Aşağı Əylis kəndi, Azadkənd kəndi, Dizə kəndi, Düylün kəndi, Xanağa kəndi, Yuxarı Əylis kəndi
Şahbuz rayonu: Badamlı qəsəbəsi, Ayrınc kəndi, Külüs kəndi, Mərəlik kəndi, Şada kəndi, Şahbuzkənd kəndi
Şərur rayonu: Qaraburc kəndi, Şəhriyar kəndi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.