EN

"Sabah"ın U-13 komandası Gürcüstanda ikinci oldu

“Sabah”ın U-13 komandası Gürcüstanda keçirilən “Kobuleti Winter Cup” turnirində çıxışını başa vurub.

"Football-plus.az" xəbər verir ki, U-13 qrup mərhələsində “Xelvaçauri” (3:0) və “Dolphins” (4:0) komandalarını məğlub edib, “İberia 1999” (1:1) ilə bərabərə qalıb. 1/4 finalda “Kobuleti”yə qalib gələn (3:0) “Sabah” yarımfinala yüksəlib. Komanda yarımfinalda “Xelvaçauri”ni 3:1 hesabıyla üstələyərək həlledici matça vəsiqə qazanıb.

Finalda yerli “Vazisubani”yə (0:0) oyunsonrası penaltilər seriyasında uduzan “Sabah” turnirin ikincisi olub.

Chosen
3
5
football-plus.az

6Sources