EN

Tərtər şəhərinin küçələri asfaltlanır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tərtər, 24 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər şəhərində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə təmirə ehtiyacı olan küçələrin asfaltlanması işləri davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhərin Elman Mehdiyev, Hüseyn Cavid, Polad Ərəbov küçələrində və Cavanşir küçəsinin 3-cü döngəsində yeni asfalt örtüyünün salınmasına başlanılıb. İşlərin ilkin mərhələsində yol yatağına qum-çınqıl qarışığı verilərək xüsusi texnikalar vasitəsilə kipləşdirilir və hamarlanır. Hazırlıq mərhələsindən sonra küçələrə yeni asfalt örtüyü döşənir.

Həmçinin küçələrdəki mövcud elektrik, qaz, su və telekommunikasiya xətləri də yenilənərək qaydaya salınır.

Yaxın günlərdə şəhərin Elman Səfərov küçəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci döngələrində də asfaltlanma işlərinə başlanılması nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
azertag.az

1Sources