Şimal-şərq ABŞ-də qar fırtınası minlərlə evin elektrik enerjisiz qalmasına səbəb olub.
Redaktor.az xəbər verir ki, NBC News məlumatına görə, Nyu-York, Nyu-Cersi, Rod-Aylend və Pensilvaniya da daxil olmaqla yeddi ştat fövqəladə vəziyyət elan edib.
Nyu-York və Boston şəhərlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub. Bəzi ərazilərdə qar örtüyü artıq 90 sm-dən çoxdur.
Fırtına səbəbindən minlərlə uçuş ləğv olunub, şimal-şərq bölgəsində ictimai nəqliyyat dayandırılıb. Hakimiyyət orqanları səyahətləri qadağan edib və insanlardan yollardan uzaq durmağı xahiş edib.
AminÉ™ ÅžAHSUVARQIZI