EN

“Nyukasl” “Qarabağ”la matça 3 ciddi itki ilə çıxacaq – ARENA.AZ

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab matçına ciddi itkilərlə çıxacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, zədə problemləri davam edən İngiltərə klubunun 3 futbolçusu – Bruno Gimaraynş, Tino Livramento və Emil Kraft bu gün meydana çıxa bilməyəcək.

Ağdam klubu da bu oyuna itkilərlə çıxacaq. İngilislərlə ilk oyunda ağır zədə almış mərkəz müdafiəçisi Bəhlul Mustafazadə cavab matçını buraxacaq. Qapıçı Şahruddin Məhəmmədəliyev də uzun müddətdir zədəlidir. Sami Mmae isə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, bu gün İngiltərədə təşkil ediləcək “Nyukasl” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Bu komandalar arasında Bakıda keçirilmiş ilk görüşdə “Qarabağ” rəqibinə 1:6 hesabı ilə uduzub və mərhələ adlamaq şansı demək olar ki, qalmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
4
9
arena.az

10Sources