Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Nurlan Zərbalıyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Nurlan Zəbalıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Xatırladaq ki, Nurlan Zərbalıyev tanışı Qabil Təhmarovu qəsdən öldürməyə cəhddə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq - silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.4-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu