Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Nurlan Zərbalıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Cövdət Mehrəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 228.4-cü maddəsi ilə bağlı cəlbetmə müddəti bitdiyindən və özünü təqsirli bildiyini, qalan digər maddələr üzrə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası fevralın 24-nə təyin olunub.
Xatırladaq ki, Nurlan Zərbalıyev tanışı Qabil Təhmarovu qəsdən öldürməyə cəhddə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq - silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.4-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu