AZ

Ukraynada sabiq nazir həbs olundu

Məhkəmə Ukraynanın sabiq energetika naziri Herman Qaluşenko barəsində həbs qətimkan tədbiri seçib.  

"Unikal" xəbər verir ki, keçmiş nazir “Energoatom” dövlət şirkətində genişmiqyaslı rüşvət sxeminin təşkilində şübhəli bilinir.

Məhkəmənin qərarına əsasən, Qaluşenko 200 milyon qrivna (təxminən 4,6 milyon ABŞ dolları) məbləğində girov ödədiyi təqdirdə azadlığa buraxıla bilər.

Qeyd olunur ki, sabiq nazir fevralın 15-də ölkəni tərk etməyə cəhd göstərərkən saxlanılıb. O, Ukraynanın bütün nüvə elektrik stansiyalarının operatoru olan “Energoatom”da baş verdiyi iddia edilən yüksək səviyyəli korrupsiya işi üzrə əsas şübhəlilərdən biridir.

Seçilən
19
32
unikal.az

10Mənbələr