BAKI, TurkicWorld, Nailə Babazadə
2026-ci ilin yanvar ayında Türkiyədə Misir kapitalı ilə 11 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 şirkət çoxdur.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 7 milyon 575 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 2 milyon 400 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (9) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 5 milyon 75 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar ayında Türkiyədə Misir kapitalı ilə 7 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.