AZ

Türkiyədə Qazaxıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar- dekabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13 milyon 235 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 39 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - dekabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (15) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 6 milyon 350 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - dekabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 8 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Seçilən
6
1
turkic.world

2Mənbələr