EN

"Azcargo"nun hesabına sərəncam qoyuldu: Külli miqdarda vergi borcu var - FOTO

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yaşayan Yevlax rayon sakini  Abbasov Rövşən Yusif oğlu "188” Yükdaşıma və Evakuasiya Xidmətindən şikayətçidir. 

Ölkə.Az xəbər verir ki, Sitat.info-ya müraciət edərək problemini ictimailəşdirməyə çalışan Rövşən Abbasov 1 ildir ki, çalışdığı "188" Yükdaşıma Xidmətindən əmək haqqını ala bilmir. 

Məsələ ilə bağlı şirkətdən Abbasov Rövşən Yusif oğluna 3 aylıq əməkhaqqının verilmədiyini təsdiqlədilər.

Xanım əməkdaş bildirib ki, vergi borcuna görə şirkətin bank hesabına sərəncam qoyulduğundan işçilərin maaşlarının ödənilməsi gecikir: "188” Yükdaşıma və Evakuasiya Xidməti "Azcargo" MMC-yə daxildir. Hazırda "Azcargo" MMC-nin hesabında borca görə sərəncam var, 7-10 gün ərzində əməkhaqqını ödməyə çalışacağıq. Bu barədə sizə ətraflı məlumat da verəcəyik".

Qeyd edək ki, Vergilər Nazirliyinin rəsmi saytında olan məlumata görə,  "188" Yükdaşıma Xidmətinin də daxil olduğu "Azcargo" MMC-nin ümumilikdə 110 min manata yaxın vergi borcu var. 

Chosen
6
3
olke.az

5Sources